“Anadolu” xəbər agentliyi oktyabr ayı üçün sosial şəbəkələrdə “Ayın fotosu” sorğusunu keçirib.
Lent.az xəbər verir ki, sorğuda ən çox səs toplayan oktyabrın 17-də Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərovun fotosu olub.
“Xəbər” kateqoriyası üzrə birincilik qazanan fotoya “Ermənistanın Gəncədə raketlə öldürdüyü mülkilər son mənzilə yola salındı” başlığı verilib.
Qeyd edək ki, türk və ingilis dilində aparılan sorğuda “Xəbər” kateqoriyası üzrə 25, “Həyat” kateqoriyası üzrə 26, “İdman” kateqoriyası üzrə isə 7 foto arasından seçim edilib.